Cümə , 27 Dekabr 2024
Drone Cameras

Ələsgər Məmmədli: “Siyasi sifarişlə həbsxanada girov saxlanılıram”

Hüquqşünas ev dustaqlığına buraxılmayıb

Hüquqşünas ev dustaqlığına buraxılmayıb

“Toplum TV” internet televiziyası və eyni adlı portalın təsisçisi, 9 aydır həbsdə olan media üzrə ekspert Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması üçün vəkilləri növbəti dəfə məhkəməyə müraciət edib. Müdafiə tərəfinin vəsatətinə Xətai Rayon Məhkəməsində hakim Fuad Axundov baxıb. Amma məhkəmə prosesi onlayn qaydada keçirilib – Ələsgər Məmmədli saxlandığı Bakı İstintaq Təcridxanasından videokonfrans vasitəsilə məhkəməyə qoşulub.

Qardaşı Nəsimi Məmmədlinin verdiyi məlumata görə, Ələsgər Məmmədli çıxışında sağlamlığındakı problemlərdən danışıb. Deyib ki, xüsusilə qalxanabənzər vəzdə böyüməkdə olan şişin təcili əməliyyatla götürülməsi vacibdir:

“Boğulma hissinə görə yuxu rejimim pozulub. Davamlı qan təzyiqim yüksəlir, kəskin baş ağrılarından əziyyət çəkirəm. Hətta təcridxanada müayinə olunarkən buradakı həkimlər də cərrahiyyə əməliyyatının vacibliyini tövsiyə edib. Amma təcridxanada əməliyyat oluna bilmərəm”.

Ələsgər Məmmədli vurğulayıb ki, ev dustaqlığına buraxılması üçün kifayət qədər qanuni əsaslar var. O, hakimin nəzərinə çatdırıb ki, iki övladı universitetdə təhsil alır. Onların təhsil haqqı, geyim, yemək və digər xərcləri var:

“Üzləşdikləri maddi problemlərin həlli bir valideyn kimi, mənim üzərimdə olsa da, bu vəzifəmin icrasından məhrum edilmişəm. Eyni zamanda, həbsdə olmağımın mənəvi-psixoloji gərginliyi övladlarımın effektli təhsil almasına da ciddi problem yaradır”.

Ələsgər Məmmədli əlavə edib ki, onun ev dustaqlığına buraxılması istintaqın gedişinə mane olmayacaq. O xatırladıb ki, cəmiyyətdə ictimai maraqlar naminə şəffaf fəaliyyətilə tanınan şəxsdir. Universitet müəllimi, media hüququ üzrə ekspert, hüquqşünas-təlimçi kimi minlərlə insana qanun və hüquq sahəsində tədris və təlimlər keçib. İstintaqdan yayınmaq, prosesin gedişinə mane olmaq niyyəti yoxdur, bu cür addımlar şəxsiyyətinə uyğun deyil.

9 aydır istintaq altında olduğunu, çoxsaylı ifadələr alındığını yada salan Ələsgər Məmmədli vurğulayıb ki, tam əsassız şəkildə həbsdə saxlanılır.

“Mən açıq-aşkar hüquq terroruna məruz qalmışam. Təəssüf ki, ölkədə bu hüquqsuzluğun durdurulmasına nail ola bilmirik”, – Ələsgər Məmmədli əlavə edib.

Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi vəsatətin təmin olunmamasını xahiş edib.

Müstəntiq deyib ki, hələ istintaq davam edir. Bu səbəbdən Ələsgər Məmmədlinin həbsdən buraxılması məqsədəuyğun deyil. Çünki həbsdən buraxılarsa, istintaqdan yayınmaq, prosesin gedişinə mane olmaq ehtimalı var.

Hakim Fuad Axundov da vəsatəti təmin etməyib.

Bu qərar elan olunandan sonra Ələsgər Məmmədli siyasi sifarişlə həbsxanada girov saxlandığını deyib.

Onun vəkilləri Xətai Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək.

Martın 6-da “Toplum” internet televiziyasının redaksiyasında və Demokratik Təşəbbüslər İnstitutunun ofisində polisin axtarışı olub və qapısı möhürlənib.

Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.

Həbs olunanlar arasında Ələsgər Məmmədli, “Toplum TV”-nin video-redaktoru Müşfiq Cabbar, Akif Qurbanov, Ruslan İzzətli və digərləri var.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər. Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

n ev dustaqlığına buraxılması üçün vəkilləri növbəti dəfə məhkəməyə müraciət edib. Müdafiə tərəfinin vəsatətinə Xətai Rayon Məhkəməsində hakim Fuad Axundov baxıb. Amma məhkəmə prosesi onlayn qaydada keçirilib – Ələsgər Məmmədli saxlandığı Bakı İstintaq Təcridxanasından videokonfrans vasitəsilə məhkəməyə qoşulub.

Check Also

Şura: Matəm günü ilə əlaqədar televiziyaların proqramında dəyişiklik olacaq

Azərbaycanda 26 dekabr matəm günü ilə əlaqədar televiziyaların proqramında dəyişiklik olacaq. Bu barədə “Report”un sorğusuna cavab …