Şənbə , 18 May 2024
Drone Cameras

Əlavə müraciətlər əsasında Vətən müharibəsi qazilərinin kredit borclarının silinməsi məsələsinə baxılacaq

Azərbaycan bankları bir sıra əlavə müraciətlər əsasında Vətən müharibəsi qazilərinin kredit borclarının silinməsi məsələsinə baxacaq.

Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Banklar Assosiasiyası”nın sədri Zakir Nuriyev bildirib.

“Son antiterror əməliyyatları zamanı və onda öncə Vətən Müharibəsində həlak olan şəxslərin və ailə üzvlərinin banklara olan borcları tamamilə silinib. Eyni zamanda qazilərimizin kredit borclarına hesablanmış faizlər dayandırılıb. Bundan başqa bir sıra əlavə müraciətlər əsasında mövcud borcların silinməsi həyata keçirilə bilər. Qarşıdakı dövrdə də Azərbaycanın bank və sığorta sistemləri qarşılıqlı şəkildə mövcud olan, meydana çıxan biləcək problemlərin həllinə yaxından dəstək verəcək”, – deyə Z.Nuriyev əlavə edib.

Check Also

Dövlət Dəniz və Liman Agentliyi auditor seçir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2023-cü il üzrə maliyyə …