Cümə axşamı , 28 Noyabr 2024
Drone Cameras

Elmədddin Behbud QHT Şurasının tətbiq etdiyi yenilikləri açıqladı

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası adlı yerdə Mətbuat xidmətinin rəhbəri Elməddin Behbud QHT Şurasının tətbiq etdiyi yenilikləri açıqlayıb.

O bildirib ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı 2019-cu il birinci qrant müsabiqəsinin nəticələrini 18 martda elan edib: “Qalib olan bütün QHT-ləri bu münasibətlə təbrik edirəm. Birinci qrant müsabiqəsində qalib gəlməyən QHT-lər isə Şuranın yaxın günlərdə (aprel ayında) elan edəcəyi ikinci qrant müsabiqəsinə layihə təqdim edə bilərlər.

2019-cu il birinci qrant müsabiqəsinin nəticələrindən irəli gələn bir sıra məsələləri nəzərinizə çatdırmağı zəruri hesab edirəm. 
Bildiyimiz kimi, Şura Cənab Prezident İlham Əliyevin elektron hökumətin inkişafı, həmçinin dövlət qurumları tərəfindən göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı fərman və sərəncamları rəhbər tutaraq, həyata keçirdiyi elektron xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq, istiqamətlərini şaxələndirmək, istifadəçilər üçün daha rahat və əlçatan etmək və bununla da fəaliyyətində şəffaflıq və aşkarlığı maksimum dərəcədə artırmaq məqsədilə 2019-cu ildə 13 yeni elektron xidmətin tətbiqini nəzərdə tutur. Hazırda isə Şuranın QHT-lər üçün 7 elektron xidməti fəaliyyət göstərir. Şura, bu proqramlar arasında sürətli əlaqələndirməni həyata keçirmək və bütün elektron xidmətləri vahid bazada cəmləşdirmək üçün SƏLİS – Sürətli Əlaqələndirmə və Layihə İdaretmə Sistemi yaradır.
SƏLİS QHT-lərlə canlı təması minimuma endirməklə Şuranın elektron xidmətlərindən rahat və sürətli istifadəni təmin edəcək”.

E.Behbud bildirib ki, müsabiqə qalibi olan QHT-lər qrant müqaviləsi imzalamaq üçün 27 mart 2019-cu ildən etibarən Şuranın SƏLİS çərçivəsində ilk dəfə tətbiq edəcəyi “E-növbə” xidmətindən yararlanacaq: ““E-növbə” xidmətindən istifadə qaydalarıyla bağlı qısa təlimatı diqqətinizə çatdırıram:
1. Qrant müsabiqəsində qalib gəlmiş qeyri-hökumət təşkilatları müqavilə sənədlərinin Şura ilə razılaşdırılması və elektron növbənin götürülməsi üçün e-qht.az elektron xidmətlər portalının e-növbə bölməsinə daxil olur.
2. QHT nümayəndəsi təşkilatın VÖEN-ni və e-ərizə proqramında qeydiyyatdan keçdiyi şifrəni yazaraq e-növbə bölməsinə daxil olur.
3. QHT burada qalib olduğu müsabiqə və layihəylə bağlı ümumi məlumatlarla tanış olmaq imkanı əldə edir. Sonra müqavilə sənədlərinin Şura ilə razılaşdırılması məqsədilə “Sənədlərin təsdiqi” bölməsinə keçid edir.
4. Təşkilat nümayəndəsi “QHT haqqında məlumatlar” bölməsinə daxil olaraq müvafiq sənədlərə baxış keçirir və zəruri olduğu təqdirdə dəyişikliklər edərək “yadda saxla” düyməsini sıxır. 
5. QHT nümayəndəsi qrant müsabiqəsinə təqdim etdiyi layihə sənədlərini nəzərdən keçirir. Şura layihəyə tələb olunandan fərqli məbləğ ayırdığı təqdirdə, layihə təklifi, icra planı və xərclər smetasını büdcəyə uyğunlaşdıraraq hər bölmədə yadda saxla düyməsini sıxır.
6. QHT nümayəndəsi təşkilat haqqında məlumatların və layihə sənədlərinin düzgünlüyünə əmin olduqdan sonra razılaşdırılması üçün Şuraya göndərir. 
7. Şura Katibliyi qrant müsabiqəsi qaydalarında göstərilən vaxt ərzində sənədlərə baxır və çatışmazlıq aşkarlandıqda QHT-yə məlumat göndərir. QHT “Bildirişlər” bölməsinə daxil olaraq qeyd olunan çatışmazlıqları aradan qaldırır və müəyyən edilən vaxt ərzində sənədləri yenidən Şuraya təqdim edir. 
8. Şura Katibliyi sənədlərin düzgünlüyünü yoxlayır və çatışmazlıq olmadığı təqdirdə QHT-yə təsdiq bildirişi göndərir. Bu zaman QHT-nin Şurayla imzalayacağı “Müqavilə sənədi” bölməsi aktivləşir və QHT nümayəndəsi müqavilə ilə tanış olmaq imkanı əldə edir. 
9. QHT nümayəndəsi qrant müqaviləsini təsdiq etdiyi halda e-növbə bölməsinə keçid edir. Sonra müqavilənin imzalaması üçün aktiv olan günü və saatı seçir və “Yadda saxla” düyməsini sıxır. 
10. Təyin edilən vaxtda QHT-nin qanuni təmsilçisi şəxsiyyət vəsiqəsi və təşkilatın möhürü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ofisinə gələrək müqaviləni imzalayır.
Məlumat üçün bildirim ki, “E-növbə” xidmətindən istifadə qaydalarının əksini tapdığı video çarx yaxın günlərdə QHT-lərin istifadəsinə veriləcək. 
Digər bir məsələ ekspert ballarına əsasən layihələrin maliyyələşdirilməsi üçün Şuraya tövsiyə edilməsidir. Şuranın Qrant müsabiqəsinin keçirilməsi Qaydalarının 5.5. bəndinə uyğun olaraq “fəaliyyətinin əsas məqsədi şəhid ailələrinin, müharibə veteranlarının, əlilliyi və fiziki imkanları məhdud olan şəxslərin hüquqlarının qorunmasından ibarət olan və adında fəaliyyətinin xarakterini nəzərdə tutan QHT-lərin adıçəkilən istiqamətə dair təqdim edilmiş layihələri üzrə 30, digər QHT-lərin “60” və daha çox bal toplayan layihələri maliyyələşmək üçün Şuraya tövsiyə edilmiş hesab olunur”.
Şuranın birinci qrant müsabiqəsinin nəticələrindən narazı qalan QHT-lər 19 martdan 3 aprel 2019-cu il, saat 18:00-dək e-qht.az saytındakı apelyasiya bölməsinə daxil olaraq Apelyasiya Komissiyasına müraciət edə bilərlər”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir