Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Elmira Axundova vəzifəsini itirdi – Yeni səfir kimdir?

Azərbaycan Ukraynaya yeni səfir təyin edir.

Boyukmillet.com xəbər verir ki, Bakupost.az -ın Xarici İşlər Nazirliyindəki etibarlı mənbədən əldə etdiyi məlumata görə, Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliyin yeni rəhbəri artıq təsdiqlənib.

Lakin Prezident Sərəncamı üçün prosedura uyğun olaraq, Ukrayna hökumətindən dəvətnamə, daha doğrusu aqriman alınmalıdır. Bununla bağlı lazımi sənədlər Ukrayna Xarici İşlər Nazirliyinə təqdim olunub.

Qeyd edək ki, keçmiş deputat Elmira Axundova 2020-ci ilin mart ayında səfir təyin olunub. O, Ukrayna müharibəsi başlayan kimi Kiyevi tərk edib və həmin vaxtdan Ukraynaya getməyib. Onun səlahiyyətlərini Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Sabir Rzayev yerinə yetirir.

Yeni səfirlə bağlı əlavə məlumat verəcəyik…

Elnur

Baku Post

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …