Şənbə , 27 Aprel 2024
Drone Cameras

Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-u ABŞ-yə rəsmi səfərə yollanacaq.

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, Türkiyə lideri Ağ Evdə ilk dəfə ABŞ Prezidenti Co Baydenlə görüş keçirəcək.

Bildirilir ki, Ərdoğanla Bayden beynəlxalq tədbirlər zamanı görüşlər keçirsə də, bu, iki lider arasında Oval Ofisdə ilk belə görüş olacaq.

Tərəflərin terrorla mübarizə, Qəzza zolağında son vəziyyət və müdafiə sahəsində əməkdaşlıq kimi məsələləri müzakirə edəcəyi gözlənilir.

Check Also

İsrail ordusu “Hizbullah”ın aparıcı fiqurlarından birini öldürüb

İsrail Müdafiə Ordusunun Livanın cənubuna endirdiyi aviazərbələr nəticəsində “Hizbullah”ın hərbi-siyasi qruplaşmasının aparıcı şəxslərindən sayılan şeyx …