Şənbə , 18 May 2024
Drone Cameras

Ərdoğan: “İki dövlət, bir millət” şüarına əsaslanan bənzərsiz qardaşlıq telləri gələcəkdə də güclü bünövrə olacaq

Türkiyə ilə Azərbaycan arasında “İki dövlət, bir millət” şüarına əsaslanan bənzərsiz qardaşlıq və həmrəylik telləri bu günə qədər olduğu kimi, gələcəkdə də münasibətlərimiz baxımından güclü bünövrə təşkil etməyə davam edəcək.

Boyukmillet.com xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevi təbrikində yer alıb.

“Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi nailiyyətlər və beynəlxalq miqyasda get-gedə artan nüfuzu bizim üçün iftixarverici hadisədir”, – Ərdoğan qeyd edib.

Türkiyə lideri Azərbaycan xalqının xoş günləri və rifahı üçün ən səmimi arzularını ifadə edib.

Check Also

Ekspert: Qazaxıstan platforması Bakı ilə İrəvan arasında danışıqlar üçün əsas ola bilər

Qazaxıstan platforması Azərbaycan və Ermənistan arasında danışıqlar üçün əsas məkan ola bilər. Qazaxıstan platformasını qiymətləndirərkən …