Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Ərdoğan Maduronun istefa verib Türkiyəyə gəlməsi ilə bağlı təklif iddialarını təkzib edib

Prezident Rəcəb Tayyib Ərdoğan Venesuelanın prezidenti Nikolas Maduronun istefa verib Türkiyəyə gəlməsi təklifi ilə bağlı iddiaları təkzib edib.

Boyukmillet.com “Milliyyet”ə istinadən xəbər verir ki, Türkiyə lideri partiyasının bugünkü iclasından sonra bu mövzu ətrafında jurnalistin müvafiq sualını cavablandırıb.

R.T. Ərdoğan “Maduroya Türkiyəyə getməsi təklif edilib” iddiası ilə bağlı suala “Bizə belə bir məlumat daxil olmayıb” cavabını verib.

Xatırladaq ki, ABŞ rəsmiləri Maduroya istefa vermək və Türkiyəyə getmək imkanının təklif edildiyini, lakin onun bundan imtina etdiyini bildirmişdilər.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …