Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Ərdoğan NATO sammitində Rusiya-Ukrayna dialoqun bərpasına çağıracaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçiriləcək NATO sammiti çərçivəsində ikitərəfli görüşlərdən istifadə edərək Rusiya-Ukraynadakı münaqişəsinin həlli üçün danışıqların qısa zamanda bərpasına çağırmağı planlaşdırır.

Boyukmillet.com xəbər verir ki, bu barədə mətbuata Türkiyə hökumətindəki mənbə bildirib.

Onun sözlərinə görə, Türkiyə lideri diplomatiyanın davamlı sülhə nail olmağın yeganə yolu olaraq qaldığını vurğulamaq niyyətindədir.

Xatırladaq ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidanın Prezident Vladimir Putinlə görüşündə ölkəsinin Rusiya-Ukrayna münaqişəsinin həlli üçün danışıqlarda iştirak etməyə hazır olduğunu bildirib.

İyun ayında Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqların istənilən neytral ölkədə aparıla biləcəyini bildirib. O, seçim olaraq İsveçrə, Türkiyəni təklif edib.

Check Also

Tramp: Müharibə bitdikdən sonra Rusiya və Ukrayna ilə ticarət əlaqələrini bərpa edəcəyik

Birləşmiş Ştatlar Ukrayna münaqişəsi nizamlandıqdan sonra Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığı bərpa etmək niyyətindədir. Boyukmillet.com xəbər …