Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Ərdoğan Paşinyanı parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanı onun rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” Partiyasının iyunun 7-də parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

“Üçüncü dəfə hökumətin qurulmasında sizə uğurlar arzulayıram”, – Ərdoğanın təbrikində qeyd olunub.

Türkiyə Prezidenti əmindir ki, Paşinyanın regionda davamlı sülh və sabitliyin bərqərar edilməsi, eləcə də bu istiqamətdə zəruri əməkdaşlığın inkişafı ilə bağlı baxışı “uğurla həyata keçiriləcək”.

Check Also

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb. Boyukmillet.com xəbər verir ki, mərasim Prezident İlham …