Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Ərdoğan Qarabağ Universitetində İTU nəzdində akademik bölmələr yaradılması barədə qərar imzalayıb

Qarabağ Universitetində İstanbul Texniki Universiteti (İTU) nəzdində akademik bölmələr yaradılacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar “Resmi Gazete”də yayımlanıb.

Qərara əsasən, Qarabağ Universitetində İTU-ya tabe olan akademik bölmələr yaradılacaq.

Qeyd edək ki, 2026/2027-ci tədris ilindən etibarən Qarabağ Universitetində İTU ilə birgə mühəndislik ixtisasları üzrə ikili diplom proqramına start verilib.

Check Also

Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu

Şirkət rəhbərinin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub. “Servan Kəlbəcər” MMC-nin dövlət büdcəsi və fondlara ümumilikdə 432 …