Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Ərdoğan: Türkiyə NATO-ya öz imkanlarını təqdim etməyə hazırdır

Türkiyə NATO-ya öz imkanlarını təqdim etməyə hazırdır.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, Türkiyənin ən böyük uğurlarından biri müdafiə sənayesində əldə etdiyi sıçrayışdır:

“Yüksək ixrac potensialı sayəsində ölkəmiz bu sahədə dünyanın aparıcı dövlətləri sırasına daxil olub. NATO-nun ən böyük quru qoşunlarından birinə malik ölkə kimi malik olduğumuz imkan və bacarıqları ehtiyac duyulan hər yerdə alyansın xidmətinə təqdim etmək əzmindəyik”.

Ərdoğan Türkiyənin müdafiə qabiliyyətlərini gücləndirmək üçün müxtəlif layihələrə əlavə 24 milyard dollar vəsait ayıracaqlarını da bildirib.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …