Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Ərdoğana qarşı sui-qəsd cəhdində iştirak edən FETÖ üzvü həbs edilib

2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı Marmarisdə həyata keçirilən sui-qəsd təşəbbüsündə iştirak edən və 10 ildir qırmızı bülletenlə axtarışda olan “Fətullahçı” Terror Təşkilatının (FETÖ) üzvü Burkay Karatepe həbs edilib.

Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, Afyonkarahisarda tutulan Karatepe rəsmi prosedurlardan sonra Muğla Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə (TEM) Şöbəsi əməkdaşları tərəfindən şəhərə aparılıb.

Respublika prokurorluğundakı ifadəsindən sonra Karatepe həbs edilib.

Check Also

Ukrayna Rusiyada raket və aviasiya bombaları üçün batareya istehsal edən zavodu vurub

Ukrayna Ordusu Rusiyanın Lipetsk vilayətində raket və aviasiya bombaları üçün batareyalar istehsal edən “Energiya” zavodunu …