Cümə , 20 Mart 2026
Drone Cameras

Erkan Özoral: Bu, bütün türk dünyasının qürur günüdür

20 Yanvar tarixi Azərbaycanın müstəqilliyin qazanmasında əsaslı bir dönüş oldu.

boyukmillet.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın tarixində çox önəmli gündür:

“Bu gün matəm günüdür. 1990-cı ilin bu günü bir çox qardaşlarımızı şəhid verdik. Dərdimiz böyükdür. Eyni zamanda, bu, Azərbaycanın suverənlik tarixində önəmli gündür. Çünki 20 Yanvar tarixi Azərbaycanın müstəqilliyin qazanmasında əsaslı bir dönüş oldu”.

Səfir qeyd edib ki, 20 Yanvar Milli qürur günüdür:

“Bu qürur yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür. Biz də o gün şəhid verənləri sayğı ilə anırıq”.

Check Also

İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb

İran hakimiyyəti Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də neft obyektlərinin yerləşdiyi ərazilərin sakinlərini bu obyektlərə gözlənilən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir