Cümə axşamı , 26 Dekabr 2024
Drone Cameras

“Ermənilər hansı halda Azərbaycanda yaşaya bilər?” – ATƏT PA-nın vitse-prezidenti

Prezident İlham Əliyevin Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda hər hansı referendumun keçirilməsinin müzakirə mövzusu olmadığına dair bəyanatı bugünkü reallığı tamamilə əks etdirir. Dövlət başçısının mövqeyi bir sıra amillərlə bağlıdır, bu yanaşmanın səbəbləri var. Azərbaycan Konstitusiyasına görə, hər hansı bir bölgənin statusunu müəyyənləşdirən referendum bütün ölkə ərazisində keçirilə bilər. Konkret bir ərazidə heç bir seçki keçirilə bilməz. Azərbaycan tərəfi hələ 90-cı illərdə Ermənistanın bu hiyləgər təklifini rədd edib. Dağlıq Qarabağ münaqişəsi ətrafında sonrakı danışıqlar prosesində də referendum məsələsi gündəmə gətirilib. Ermənilər hiyləgər təkliflə çıxış edirdilər ki, Qarabağın yekun statusu referendumla həll edilsin.

Boyukmillet.com xəbər verir ki, bunu açıqlamasında Azərbaycanın ATƏT PA-da Nümayəndə Heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev bilidirib.

Onun sözlərinə görə, bu təklifi verəndə Ermənistan beynəlxalq hüququ ayaqlar altına atıldığını görməzlikdən gəlirdi: “Necə ola bilər ki, etnik təmizləmə siyasəti həyata keçirilsin, bütün azərbaycanlılar yaşadığı yerlərindən qovulsun, sonra isə referendum məsələsi gündəmə gətirilsin? Azərbaycan da haqlı olaraq bunu hər zaman rədd edib”.

Deputatın fikrincə, Azərbaycan hərb yolla torpaqlarını azad etdikdən sonra hər hansı referendum haqqında düşümək belə gülünc görünür: “Bu məsələnin müzakirəsi əsla mümkün görünmür. Cənab Prezident tərəfindən referendumla bağlı verilən bəyanat vaxtında və doğru qəbul olunub”.

Millət vəkili qeyd edib ki, bu bütün dünya ictimaiyyətinə, Ermənistana açıq bir mesajdır, onların hər vəchlə qaldırdığı bu məsələ heç bir halda müzakirə olunmayacaq: “Çünki Azərbaycan Ordusu öz torpaqlarını artıq işğaldan azad edib. Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır.

Cənab Prezident də vurğuladı ki, ermənilər Azərbaycanda yaşayan digər xalqların nümayəndələri kimi qanunlara riayət edərək sərbəst yaşamaq hüququna malikdirlər. Ermənilərə bundan böyük jest və yanaşmanın olması mümkün deyil. Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməlində əli olmayan mülki ermənilərin ölkəmizdə yaşamaq hüququ var. Bu, Azərbaycan xalqının, dövlətimizin çox böyük bir hümanistliyini, xeyirxaxlığını nümayiş etdirir. Azərbaycan eyni zamanda hər kəslə birgə yaşayışı təmin etmək istəyini də göstərmiş olur”.

Azay Quliyev vurğulayıb ki, bu reallığı erməni baş nazir Nikol Paşinyan başa düşməyib: ”O, hazırda özünü anlaqsız aparır. Paşinyanın hərəkətləri xalqının məhvə sürükləyir. Ermənilərin içərisində hələ də praqmatik düşünən varsa, özlərini xilas etməyin yollarını aramalıdırlar. Qeyri-adekvat reallıq hissini itirmiş Paşinyan və onun dəstəsini tamamilə qovub çıxarmalıdırlar Ermənistan hakimiyyətindən. Bu adam o qədər azğınlaşıb ki, öz xalqını qırğına verir. Heç bir perspektivi olmayan qırğınla xalqının gələcəyinə zərbə vurur. Özü yaxşı bilir ki, Azərbaycan artıq Qarabağ məsələsini həll edib”.

Check Also

Siyasi şərhçi: “Düşünmürəm ki, Rusiya təyyarəni bilərəkdən vurub”

Təhlükəsizlik eksperti: “Konkret planlı işdir, görünür, təyyarənin izini itirməyə çalışıblar” AZAL-ın Bakı-Qroznı aviareysi üzrə hərəkət …