Bazar , 19 May 2024
Drone Cameras

Erməni əsgərlər Qarabağa daşınır: İrəvan nəyə hazırlaşır?

Ermənistandan Qarabağa yenidən əsgər daşındığı haqda məlumatlar yayılıb: 12 “Kamaz”, 3 “Ural” və digər yük maşınları ilə şəxsi heyət rus sülhməramlılarının nəzarət etdiyi bölgələrə daşınır, o cümlədən, mülki geyimli hərbçilər minik avtomobilləri ilə Qarabağa keçir.

Bu, məlum məsələdir, müharibədən sonra rus sülhməramlılarının şərait yaratması ilə Ermənistandan Qarabağa əsgər daşınıb. Proses ötən ilin noyabr-dekabr ayında keçirilən anti-terror əməliyyatından sonra bir qədər səngidi. İndi yenidən aktivləşmə var və bu, Ermənistanın atacağı addımlardan da xəbər verir:

– 10 noyabr razılaşmasının 4-cü bəndinin icrasına qarşı çıxacaqlar;

– Sərhədlərin delimitasiyası prosesinin qarşısını almaq məqsədilə Qarabağda ikinci təxribat cəbhəsini açacaqlar.

Burada diqqətçəkən əsas məqam sülhməramlıların missiyasını yerinə yetirmədiyini təsdiq edən informasiyanın indi – Lavrovun Bakıya zəngindən sonra yayılmasıdır:

1. Lavrov-Bayramov danışıqları ürəkaçan olmayıb: Zəngin Stanislav Zasın İrəvanda KTMT-nin sərhəd məsələsinə müdaxilə mexanizmlərini müzakirə etdiyi vaxt edilməsi də Moskvanın “yeni təkliflər” irəli sürdüyü ehtimalını önə çıxarır;

2. Bayramov üçtərəfli razılaşmaların icrası, xüsusilə erməni qoşunların çıxarılmasını nəzərdə tutun 10 noyabr bəyanatının 4-cü bəndi ilə bağlı Lavrovdan lazımi cavab almayıb.

Və bununla Bakı Moskvaya “rus sülhməramlıları bölgədə missiyasını yerinə yetirə bilmir” mesajını ötürür:

– Rusiya erməni qoşunlarının çıxarılması şərtini yerinə yetirmək əvəzinə, yeni əsgərlərin gəlişinə şərait yaradır;

– Bakının əsas istəklərindən biri Türkiyənin sülhməramlı kontingentində fəaliyyətinin genişləndirilməsidir və Əliyev-Putin görüşündə bu məsələnin qaldırıldığı versiyasını yazmışdıq: görünür, cavab müsbət olmayıb;

– İstəyimizə nail olmaq üçün bu informasiya ilə antiterror əməliyyatı variantı gündəmə gətirilir: ötən il olduğu kimi, yenidən kiçikçaplı əməliyyatın keçirilməsi də istisna deyil.  

Check Also

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir

Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin …