Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Ermənilərə qarşı çıxan azərbaycanlılar Rusiyaya buraxılmayacaq:QADAĞA QOYULDU

Rusiyanın Sankt-Peterburq şəhərində ermənilərə qarşı aksiyalarda iştirak edən çox sayda azərbaycanlının ölkəyə girişinə qadağa qoyulub. Bəzilərinin müvəqqəti yaşamaq icazəsi ləğv edilib.

Boyukmillet.com xəbər verir ki, onlarla şəxsin inzibati məsuliyyətə cəlb olunduğuna dair xəbərlər var. Bu barədə “Fontanka” yazıb. Saytın yazdığına görə, Nevski prospektində nəqliyyatın hərəkətinin dayanması ilə nəticələnən aksiyada iştiraka görə 21-31 yaşlı azərbaycanlılara qarşı tədbirlər görülüb. Onlar razılaşdırılmamaış aksiyada iştirakda ittiham olunublar.

Aksiya iştirakçılarından bir neçəsi barədə adminstrativ qərar verilib. Bunlar əsasən avtomobilin kabinasından başqa yerdə sərnişin gəzdirənlər, sığortasız avtomobil idarə edənlər, təhlükəsizlik kəmərindən istifadə etməyənlər olub.

Saxlanılanlardan 10 nəfərinin Rusiyaya girişinə 3 il müddətində qadağa qoyulub. Bir nəfər barəsində isə bu qərar 5 il müddətinə verlib. Sözgedən askiya bu ilin noyabrında, Qarabağda Vətən müharibəsi başlayanda keçirilib.   /Cebhe.info/

Check Also

“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq

“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. O, tanışı …