Bazar , 19 May 2024
Drone Cameras

Ermənilər bu azərbaycanlılara “Brüssel görüşünü pozun” tapşırığı verib — DETALLAR

Brüsseldə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü müharibədən sonra rəsmi Bakının diqtə etdiyi gündəliyin qəbul olunması baxımından əhəmiyyətli idi. Görüşün nəticəsi də təsdiq etdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət öz bəhrəsini verməkdədir. Görüşdə Azərbaycan və Ermənistanın sülh sazişinin hazırlanması üzərində razılığı, sərhədin müəyyənləşdirilməsi ilə bağlı birgə işçi qrupunun yaradılması haqda razılaşmalar da bunun təsdiqidir.

Yekun bəyanatda “Qarabağ”, “status” kimi ifadələrin yer almaması, ATƏT-in Minsk qrupunun adının çəkilməməsi Ermənistanın heç bir istəyinə nail olmadığını, əksinə Azərbaycanın tələblərinin Avropa masasında da qəbul edildiyini göstərir.

Bu görüş Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, postmünaqişə dövrünün reallıqlarının qəbul edilməsi, ümumilikdə Cənubi Qafqazın gələcəyi baxımından taleyüklü əhəmiyyət kəsb edirdi. Prezident İlham Əliyev bu taleyüklü məsələdə ölkəmizin yenidən qələbə qazanmasına nail oldu.

Azərbaycanın bu qələbəsini Ermənistanda qəbul etməyənlər var və bu, təəcccüblü deyil. Brüssel görüşündən öncə, görüşün keçirildiyi vaxt və hazırda erməni millətçilər mitinqlər keçirir, Ermənistan hakimiyyətinə etiraz edirlər. Çünki bu razılaşma həm də Cənubi Qafqazda sülhə mane olan erməni ideologiyasını tarixin arxivinə göndərir.

İrəvanda mitinqlərin keçirildiyi vaxt Brüsseldə özünə azərbaycanlı deyən şəxslərin, daha doğrusu ünsürlərin Azərbaycan prezidentinə etiraz etməsinə nə ad vermək olar?

Bu sualın cavabı Azərbaycanın milli maraqlarına qarşı “sapı özümüzdən olanlar”ın da daxil olduğu quldur şəbəkəsinə diqqət çəkir. Tural Sadıqlı və Elşad Məmmədov adlı anti-milli üsnürlərin saldığı hay-küy təsadüfi deyildi.

Onların məqsədi Azərbaycan liderinin Brüssel səfərini və burada nail olunan tarixi qələbəni gözdən salmaq, gündəmi dəyişməkdir və bunun “özfəaliyyət” olduğunu demək çətindir. Çünki eyni motivli mitinqlər İrəvanda da keçirilirdi və orada da məqsəd Brüsseldə razılaşmanın baş tutmamasına nail olmaq idi. İrəvanda ermənilər ayağa qalxanda bu anti-milli dəstənin Brüsseldə saldığı səviyyəsiz hay-küy eyni şəbəkənin birgə fəaliyyətinin nəticəsidir və bu, bir daha sübut edir ki, Avropa paytaxtlarında yuva salan bu səviyyəsiz dəstələr erməni diasporu və lobbisi tərəfindən idarə olunur, tapşırıqları məhz onlardan alırlar.

Onların hay-küyü həm də nə qədər səviyyəsiz olduqlarını bir daha sübut etdi. İki sözündən biri söyüş olan bu adamların ritorikası onların mənəviyyatsızlığını və tərbiyəsizliyinin ortaya çıxmasıdır.

Cəhdlər baş tutmadı, Azərbaycan lideri Avropada milli maraqlarımıza xidmət edən böyük qələbə ilə qayıtdı. Lakin bu səviyyəsiz dəstə anti-milli cəhdləri ilə öz iç üzlərini açdılar. Nə qədər tərbiyəsiz olduqlarını nümayiş etdirdilər, eləcə də ermənilərə işlədiklərini təsdiqlədilər.

Zaur Hacılı
Demokrat.az

Check Also

ABŞ konqresmeninə rüşvət verməkdə ittiham olunan azərbaycanlının adı məlum olub

İradə Axundova 2021-ci ildə Azərbaycanda “Tərəqqi” medalı ilə təltif edilibmiş Azərbaycandan rüşvət almaqda ittiham olunan …