Cümə , 3 May 2024
Drone Cameras

Ermənistan QDİƏT-in Bakıda keçirilən tədbirində iştirak etmir

Bu gün Bakıda işinə başlayan Dövlət Turizm Agentliyinin (DTA) və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təşkilatçılığı “QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü”ndə Ermənistan tərəfi iştirak etmir.

Boyukmillet.com xəbər verir ki, Ermənistan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 11 üzvündən biridir.

İki gün davam edəcək tədbirdə QDTİB-yə üzv dövlətlərin – Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukraynanın nümayəndələri iştirak edirlər.

QDTİB – Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 11 dövlətini birləşdirən beynəlxalq təşkilatdır. Bankda Türkiyə, Rusiya və Yunanıstan hər birisi 16,5 %-lik paya, Rumıniya – 14 %, Ukrayna və Bolqarıstan – hər biri 13,5 %, Azərbaycan – 5 %, Albaniya – 2 %, Ermənistan – 1 %, Gürcüstan və Moldova – hər biri 0,5 %-lik paya malikdirlər. Bank Qara dəniz regionu ölkələri arasında iqtisadi əməkdaşlığı, ticarəti inkişaf etdirməyi hədəfləyir.

Check Also

İstanbulun su yolu üzərindəki memarlıq möcüzələri

İstanbul Boğazının özü kimi, sahillərindəki əzəmətli malikanələr də göz oxşayır. Avropa və Asiya qitələrinin qovuşduğu …