Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabat təqdim olunub

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabatı təqdim olunub.

Boyukmillet.com xəbər verir ki, hesabatda 2020-2022-ci illər ərzində Ermənistanda insan hüquq və azadlıqlarının pozulması halları, mülki əhaliyə qarşı qəddar münasibət, nümayişlər zamanı saxlanılan şəxslər, jurnalistlərə qarşı cinayət işləri haqqında və s. geniş məruzə olunub.

Hesabatda qeyd edilib ki, insan hüquqları üzrə beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı hər zaman ikili standartlar tətbiq edildiyi halda, Ermənistanın erməni xalqına qarşı son 2 il ərzində antidemokratik, qeyri-insani münasibətləri isə görməməzlikdən gəlinir.

Bildirilib ki, xüsusən, 2022-ci ilin aprel-iyul ayları ərzində Ermənistanda polisin nümayiş edən şəxslərə qarşı qəddar münasibəti, səs qumbaralarından istifadə halları beynəlxalq təşkilatlar tərəfindən nədənsə “görülmədi”.

Hesabatda vurğulanıb ki, Ermənistanda Paşinyan hakimiyyəti özünü “demokratik hakimiyyət” kimi təbliğ etsə də, hesabatda əks olunan faktlar deməyə əsas verir ki, onlar öz əməli fəaliyyətlərində demokratiyadan çox uzaq idarəçilik həyata keçirirlər.

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu beynəlxalq təşkilatları, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumları Ermənistanda baş verən bu qeyri-insani münasibətlərə qarşı həssas olmağa və eləcə də ikili standartlardan uzaq olmağa çağırıb.

Check Also

Ombudsman: Ermənistanın hərbi əməliyyatlarda uşaqlardan istifadə etməsinə dair hesabatlar hazırlanıb

Erməni millətçilərinin maddi və qeyri-mədəni irsimizə qarşı iddiaları ilə tarixin müxtəlif dövrlərində Azərbaycan xalqına qarşı …