Çərşənbə , 10 İyun 2026
Drone Cameras

Ermənistanda yeni konstitusiya ilə bağlı AÇIQLAMA

Ermənistanın yeni konstitusiyasının mətni hələ dərc olunmağa hazır deyil, çünki Ədliyyə Nazirliyi digər rəsmi qurumlardan rəy və qeydlərin gəlməsini gözləyir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan məlumat verib.

Nazirin sözlərinə görə, sənədin dərc olunması məsələsi hakim “Mülki Müqavilə” partiyasının idarə heyətinin iclasında müzakirə olunub.

O qeyd edib ki, daxil olan bütün rəylərin ümumiləşdirilməsi üçün əlavə vaxt tələb olunur:

“Yaxın vaxtlarda, yəni rəylərin toplanması üçün bizə lazım olan bir-iki həftəlik ümumiləşdirmə prosesindən sonra daha bir-iki müzakirə keçiriləcək. Bundan sonra mətnin dərc olunmağa hazır olub-olmadığı bəlli olacaq”.

S.Qalyan mətbuatda sənədin dərcinin gecikməsi ilə bağlı məsələyə də aydınlıq gətirərək vurğulayıb ki, layihə hələ tamamlanmayıb və bəzi həmkarları öz irad və təkliflərini hələ təqdim etməyiblər.

Check Also

Ermənistan vətəndaşlığı alan Qarabağ ermənilərinin sayı bilindi

Bu ilin əvvəlindən Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana köçən şəxslərin Ermənistan Respublikası vətəndaşlığına qəbul üçün müraciətlərin …