Drone Cameras

Ermənistanın müdafiə naziri Rusiyaya getdi

Ermənistan nümayəndə heyəti “Ordu-2021” hərbi sənaye sərgisinin açılış mərasimlərində və Beynəlxalq Ordu Oyunlarında iştirak edəcək.

 Ermənistanın müdafiə naziri Arşak Karapetyanın başçılıq etdiyi nümayəndə heyəti avqustun 22 -də Rusiyaya işgüzar səfər edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə bazar günü Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Ermənistan nümayəndə heyəti “Ordu-2021” hərbi sənaye sərgisinin açılış mərasimlərində və Beynəlxalq Ordu Oyunlarında iştirak edəcək.

Beynəlxalq Ordu Oyunlarının təşkilatçısı Rusiya Federasiyasının Müdafiə Nazirliyidir.

2021-ci ildə Beynəlxalq Ordu Oyunları 22 avqust – 4 sentyabr tarixlərində Ermənistan da daxil olmaqla 11 dövlətin ərazisində keçiriləcək. 40 -dan çox ölkədən 5 mindən çox hərbçi sahə, hava və dəniz hazırlığı üzrə 34 yarışda mübarizə aparacaq. 

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …