Bazar , 19 May 2024
Drone Cameras

Etibar Əliyevin təklifinə sərt reaksiyalar davam edir

Tanınmış jurnalist, Xəzər TV və Baku TV-nin Qarabağ müxbiri Şamxal Adıgözəlov deputat Etibar Əliyevin bir neçə gün əvvəl jurnalistlər üçün tikilən evlər haqqında söylədiyi fikirlər barəsində facebook hesabında status paylaşıb:

Boyukmillet.com olaraq həmin paylaşımı sizslərə təqdim edirik.

“Jurnalistlər üçün tikilən binanın kimlərə verilməli olduğunu, Etibar Əliyev, sən müəyyən etmirsən. Millət vəkili Etibar Əliyev bu məsələdə sənin söz deməyə haqqın-hüququn yoxdur. Düşünürəm ki, əgər həmin bina jurnalistlər üçün nəzərdə tutulubsa, elə jurnalistlərə də verilməlidir. Bir neçə ildir ki, o binadan mənzil gözləyən, haqqı olan onlarla jurnalistlərimiz var. Məsələn, 13 ildir Bakıda mənzil növbəsində dayanmış Qarabağ müharibəsi veteranı, hərbi jurnalist Şöhrət Eyvazov. Mənim bu evlərlə heç tələbim yoxdu. Mən məcburi köçkün kimi dövlətimiz tərəfindən mənzilə təmin olunmuşam. İnşallah Xankəndinə qayıdanda gedib öz ata baba yurdumuzda yaşayıb, orada da işləyəcəm. Ali Baş Komandan, Prezident İlham Əliyev o binaların bünövrəsi qoyulanda jurnalistlər üçün xeyir-dua verib. Qoy elə Prezidentin xeyir-duasına uyğun, jurnalistlərə də verilsin. Şəhid, qazi, müharibə iştirakçıları ailələrinə dövlətimiz tərəfindən hər zaman diqqət və qayğı göstərilib mənzillərlə təmin edilib. Son illər şəhid ailələri və qazilərimiz üçün minlərlə ev tikilib verilib.44 günlük Vətən müharibəsinə qədər Bakı şəhəri və ətraf rayonlarda təkcə məcburi köçkünlər üçün tikilən 4 mindən artıq mənzil Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə verilib. Həmin mənzillərin şəhid ailələrinə və müharibə veteranlarına verilməsi nəzərdə tutulub.Bir sözlə Etibar Əliyev sən o təklifi səsləndirəcək ən axırıncı ondan o tərəfə olan adamsan.Sən necə deputat oldun?… Həmin parlament seçkilərində mən də namizəd olmuşam. Sənin necə mandat aldığın məlumdur. Sən heç öz dairənin vəkili ola bilmirsən. Bir sözlə get işinlə məşğul ol…”

Check Also

ABŞ konqresmeninə rüşvət verməkdə ittiham olunan azərbaycanlının adı məlum olub

İradə Axundova 2021-ci ildə Azərbaycanda “Tərəqqi” medalı ilə təltif edilibmiş Azərbaycandan rüşvət almaqda ittiham olunan …