Çox qəribədir, bu gün, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikamızda islahatlar aparır və bütün dünyada Azərbaycan brendi olan Asan xidmətlər yaradır. Lakin ETS nazirliyinin bölgə idarələrinin bəziləri isə yalnız dağıdıcıqla və rüşvətxorluqla məşğul olaraq həm ETS nazirliyini biabır edir, həm də, Azərbaycan Respublikasının Prezidentinin apardığı islahatlara öz əməlləri ilə qarşı çıxırlar.
ETS Naziri cənab Muxtar Babayev bölgədəki “Pulgir” idarə rəisini dəyişdi, ancaq yerinə gəlmiş yeni rəhbər Namiq Polad oğlu Yusifov bir neçə aydan sonra rüşvətxorluqda öz sələfini də, ötdü.
Adekvat.az saytının Şimal-Qərb bölgə müxbiri təbiətə amansızlıqla divan tutulduğunu, ümumiyyətlə bu sahədə soyqırımın davam etdiyini sübuta yetirən fotolar çəkib.
Oxucuların nəzərinə çatdırmaq istəyirik ki, son bir neçə ayda ETSN –nin “7” saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin və onun pensiyaçı (keçmiş voyenkom) rəhbərinin yarıtmaz fəaliyyətindən mətbuatda çox ciddi tənqidi məqalələr yazılırdı. Mətbuatda sözügedən idarənin rəhbəri Əlikram Qasımov haqqında yazılan tənqidi yazılar öz bəhrəsini verdi. Belə ki, onu işdən azad etdilər. Bir neçə aydır ki, onu əvəz edən, rəis əvəzi Namiq Polad oğlu Yusifov bu sahədə durğunluq illərinin yaşadığını sübut etdi. Lakin yerini tam bərkidə bilməsədə, Namiq Yusifov bir neçə aydan sonra rüşvətxorluqda öz sələfini də, ötdü. Namiq müəllim bütün məsələlərə Şəki yumor hissi ilə yanaşmağı xoşlayır. Lakin onu yaxından tanıyanlar bilir ki, onun bu idarədə rəhbərliyi Xalq cəbhəsi dövründə siyasi hakimiyyətə oxşayır. Belə ki, burada hər kəs özü üçün ağadır. Heç kim Namiq müəllimi müdir kimi qəbul edə bilmir. Görünür elə buna görədir ki, onu idarə rəisi təyin etmirlər. Hələlik Namiq müəllim rəis əvəzidir. Onun rəhbərlik etdiyi kiçik bir qurumda isgəndərlər, rəhimlər və s. vardır ki, Namiq müəllim qorxudan onlara tapşırıq belə verə bilmir.
Oxucuların nəzərinə çatdırmaq istəyirik ki, Zaqatala-Balakən əhalisi rayonda çox ciddi su problemi ilə üz-üzədir. Odur ki, bir çox kəndlər kiçik axar sulardan, çayların qollarından ayrılan arxlardan içməli su götürürlər. Bu rayonlarda əsasən içməli sular birbaşa dağlardan gəldiyi üçün, çaylar vasitəsilə bəzi kəndlərə də, ötürülür. Ən azından kənd camaatı mal-qarasını həmin çaylardan suvarır.
Neçə gündür ki, Balakən-Zaqatala və Şəki-Qax rayonlarında araşdırma aparırdıq. Və bu rayonların mərkəzlərində gördüklərimiz heç də ürəkaçan olmadı. Belə ki, turist şəhəri olan Şəki şəhərinin mərkəzi və şəhər ətrafı küçələrində yerləşən avtoyuma məntəqələrinin çoxu eyni qaydada, yəni Zaqatala-Balakəndə olduğu kimi kanalizasiyaya deyil, birbaşa çaya axıdılır. Bəzi avtoyuma məntəqə sahibləriylə etdiyimiz səmimi söhbət zamanı məlum oldu ki, sözügedən ekologiya idarəsi hər bir avtoyuma məntəqəsindən haqq alır.
Əks təqdirdə günün günorta çağı heç kimə icazə verilməzdir ki, zəhərli maddələri açıq-aşkar çaylara axıtsınlar.
Çox etibarlı mənbələrdən aldığımız məlumata görə ETS naziri cənab Muxtar Babayev təyin olunduğu gündən işə qəbul zamanı heç kimdən rüşvət almır. Yaxşı əgər bu doğrudan da, belədirsə onda yerlərdə yığılan pullar kimin cibinə axır?
Söhbət təkcə Avtoyuma məntəqələrindən getmir, biz bir neçə Qum-çınqıl karxanalarında da, olduq. Çay hövzələrində qurulan, Qum-çınqıl, şeben istehsalı ilə məşğul olanlarla da, söhbət etdik. Namiq Yusifovun adı sahibkarlar üçün yeni ad deyildir, əksinə çox məşhurdur. Çünki N. Yusifov uzun illərdir bu sahədə mütəxəssisdir. Qəribə burasındadır ki, bütün sahibkarlar ondan razılıq edirlər. Hətta qiymətlərin cüzi enməsindən də, razılıq edirdilər. Sahibkarlar deyir ki, Əlikrama etibar yox idi, ancaq namiqi hamı tanıyır, beş manat ver nə istəyirsən et.
Şəki tacirlərində olan xasiyyət onda da vardır. Aşağı-yuxarı söhbət edirsən və pulunu vaxtı-vaxtında verirsənsə get işini gör.
7 saylı Regional Ekologiya Və Təbii Sərvətlər İdarəsinin müdir əvəzi N. Yusifova bir neçə sual vermək istəyirik.
Hörmətli Namiq müəllim Bölgədəki Asfalt zavodlarının təbiətimizə buraxdığı Qara tüstü yaxında yaşayanları nəfəs almağa belə qoymur. Bəs siz bunu görmürsünüz?, yoxsa görmək istəmirsiniz? Həmin zavod rəhbərləri and içirdilər ki, sizin sələfiniz həmin zavodları aylığa otuzdurmaq istəyirdi. Hər ayı min azn, lakin buna razı olmayan Asfalt zavod rəhbərləri bu haqqda hər yerdə danışırdılar. Bu gün isə onlar sizdən razılıq edirlər? Görəsən səbəb nədir? Həmin qara tüstülər yenə çıxır və insafən desək sizin sələfiniz heç olmasa qara tüstülərin çıxmasına mane olurdu. Siz hər şeyi qəpik-quruşa satırsınız?
Şimal-qərb bölgəsində apardığımız araşdırmalara görə hamının tanıdığı Palıd qənimləri Namiq müəllimə haqq verdiyinə görə onları görmür və cərimə də etmir. Lakin rayonun kəndlərində kimsə həyətinin qarşısında, yola yaxın yerdə, öz əkdiyi ağacı kəsirsə 600-1000 azn cərimə yazılır. Torpaqlardan kim necə istəyirsə elə də istifadə edir. Məsələn, kim istəyirsə hektarlarla yeri qazaraq göl düzəldir. Bundan əlavə torpağın əvvəlcə təyinatın dəyişir, daha sonra isə sənaye tullantıları ilə doldurulur. Qəribə burasındadır ki, sakinlər Namiq müəllimə bu haqda məlumat verdiklərini, lakin onun müxtəlif bəhanələrlə həmin ərazilərə baxış keçirmək istəməməsi sual doğurur? Görəsən Bu sahədə özbaşınalığa son qoyulacaqmı? Yoxsa doğrudanmı Namiq müəllimin tez-tez adını çəkdiyi ETS naziri Muxtar Babayevin də, bu işdə əli var?
Əgər ETS Naziri cənab Muxtar Babayev özü bu işlə məşğul olmayacaqsa, bölgədəki “Pulgir” rəhbərlərin əvəzinə cavan kadrları təyin etməyəcəksə, demək ki, bu problemlər öz həllini heç vaxt tapmayacaqdır.
Ötən günü yük maşını sürücüsü ilə də, söhbətimizdən məlum oldu ki, onlar maşına odun yığan zaman altdan qiymətli ağacları yığır, üstündən isə çürük odunları yığaraq, ilk baxışdan hüquq-mühafizə orqanlarını çaşdırmaq istəyirlər. Bunu bizimlə söhbətində açıq danışan sürücü biraz da dərinə gedərək bəzi sirləri dedi: Bu gün meşə idarəsi işçilərini sayan yoxdur. Hamı Ekologiya idarəsindən qorxur. Odur ki, haqq-hesabı da, onlara veririk.
O dedi ki, bu maşındakı odunları özüm qəsdən qarışdırmışam. İçərisində palıd, göyrüc, qoz , yalanqoz və s. ağaclardan da, var. Kim saxlasa deyirəm ki, çaylardan yığmışam, vəssalam.
Əslində bu sözləri (odunları çaylardan yığırlar) bizə Ekologiya işçilərinin də, dediyi üçün, tanış sözlər idi. Odur ki, sürücünü xeyli danışdıraraq, ondan bir çox məlumatlar da aldıq: Qardaş əvvəllər bizi meşə idarəsi işçiləri saxlayardı, biz də ki, beş-on manat hörmətimizi edib, gedərdik əppəyimizi qazanmağa. Bu gün isə qaydalar dəyişib. Deyirlər ki, yeni ETS naziri təyin olunub. Ağac kəsənlərə qarşıdır. Odur ki, artıq bizi meşə idarəsi işçiləri deyil, ekologiya işçiləri saxlayır. Ancaq daha beş-on manatla canımızı qurtara bilmirik. Baxın, əgər əvvəllər bu maşına biz 150 azn verirdiksə, indi bunun qiyməti 300 azn dir.
Ekologiya idarəsi Şəkiyə köçəndən sonra isə vəziyyət tamamilə dəyişib, yəni qiymətlər iki dəfə qalxıb. Çox vaxtlar Şəki regional idarəsinin rəisi Namiq Yusifov özü şəxsən maşınları müşayət edir. Hər dəfə də bir bəhanə edir ki, bəs bu maşın filan rayon icra başçısının tapşırığı ilə gedir.
Biz həmsöhbət olduğumuz sürücünün adını da soruşduq, o da gülə-gülə dedi ki, adım Həsəndir, hə nə olsun? Onsuzda adımı düz demirəm, çünki sizi tanımıram. Bir şeyi bilin hər hansı kiçik bir dəyişiklik biz kasıbların başında çatlayır. Sizə nə varki, qalstuklu, inamarkalı kişilərsiniz. Təkcə Ekologiya idarəsi Şəkiyə köçdükdən sonra ağac kəsmənin qiyməti iki dəfə qalxıb.
Çox qəribədir, bu gün, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikamızda islahatlar aparır və bütün dünyada Azərbaycan brendi olan Asan xidmətlər yaradır. Lakin ETS nazirliyinin bölgə idarələrinin bəziləri isə yalnız dağıdıcıqla və rüşvətxorluqla məşğul olaraq həm ETS nazirliyini biabır edir, həm də, Azərbaycan Respublikasının Prezidentinin apardığı islahatlara öz əməlləri ilə qarşı çıxırlar.
Adekvat.az
Şimal-qərb bölgəsi.