Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Evsiz alim gözünü jurnalist mənzilinə tikibmiş…

Evsizlik səbəbindən bir neçə gün küçədə gecələyən, sonra isə dərdinə çarə tapılan alim Fazil Qaraoğlu deyib ki, ona jurnalistlər binasından evlə təmin olunacağına dair söz veribmişlər. Yəni alim belə sərgərdan günə düşməsinin başlıca səbəbini jurnalistlər binasından evlə təmin olunmaması ilə izah edib.

Görəsən, bu alim niyə gözünü məhz jurnalistlər üçün tikilən binadakı mənzillərdən birinə tikibmiş? Bilmirdi ki, bu addımı ilə ən azı bir jurnalisti özünün indiki gününə salmağa vəsilə olur? Unutmasınlar ki, alimin dərdinə çarənin tapılmasında məhz zamanında haqqına girmək istədiyi jurnalistlərin böyük əməyi oldu.

Tam əminliklə deyirəm ki, bu gün haqqına girilərək, halal evləri əlindən alınıb, başqa kateqoriya insanlara verilən jurnalistlərin sırasında Fazil Qaraoğludan da acınacaqlı durumda yaşayan kifayət həmkarımız var. Sadəcə, sahibimiz – yiyəmiz yoxdur ki, problemimiz olduğu kimi Prezidentə çatdırılsın…

Məhəmmədəli Qəribli

Check Also

“Qarabağ və Şərqi Zəngəzurda ekosid” mövzusunda sənədli film çəkiləcək

“Qarabağ və Şərqi Zəngəzurda ekosid” mövzusunda sənədli film çəkiləcək. Boyukmillet.com xəbər verir ki, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” …