Cümə , 19 Aprel 2024
Drone Cameras

Fəzail Ağamalı salyanlıları təhqir etdi – Rəqibinə qarşı “KİŞİ SÖHBƏTİ” AVP sədrinin başını ağrıdacaq – FOTO

Seçki yaxınlaşdıqca, namizədlərin bir-birinə qarşı aqressiyası da yüksəlir. Heç şübhəsiz diqqət mərkəzində olan dairə Rauf Arifoğlu ilə İqbal Ağazadənin yarışdığı 35 saylı Seçki Dairəsi olsa da, 60 saylı Salyan-Neftçala Dairəsi də heç də geridə qalmır. 

Boyukmillet.com xəbər verir ki, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı rəqibi, Qarabağ qazisi Kamil Musəviyə qarşı çox çirkin anti-təbliğat vasitələrindən istifadə edir. 

Sağlamlığını vətəni qoruyarkən itirən və dünyada məşhur olan qazilərimizdən olan Kamil Musəvinin önünü kəsmək istəsə də, buna nail ola bilməyən 72 yaşlı Fəzail Ağamalı rəqibini ən pis formada linç etdirir. 

Ən son olaraq da, Fəzail Ağamalının trolları Kamil Musəvinin Salyan Şəhidlər Xiyabanını ziyarətini “Salyana axır ki, kişi gəldi” kimi çirkin formada veriblər. 

Əslində isə bununla Fəzail Ağamalı Salyana olan münasibətini ortaya qoyub. Yəqin ki, seçki günü Salyan KİŞİLƏRi onlara bu münasibəti sərgiləyən 72 yaşlı AVP sədrinə öz münasibətlərini göstərəcəklər. 

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …