Bazar , 22 Dekabr 2024
Drone Cameras

Fərid Mansurov: “Ən yaralı yerimiz idman məktəbləridi”

“Mən idmançı olan vaxtda da mətbuata açıq olmuşam. Hazırda nazirlikdə çalışıram və bura idmandan gəlmişəm. Burda işləmək həm maraqlı, həm də məsuliyyətlidi”. Apasport.az saytının məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov deyib.

Sentyabrın 6-da bu vəzifəyə təyin edilən Olimpiya çempionumuz təxminən 3 ay sonra KİV nümayəndələri ilə görüşüb.

Bu gün mətbuat konfransı keçirən Mansurov öncə gələcək planlarından danışıb: “Məqsədimiz qazanılan nəticələrin davamını gətirməkdi. Bu mənada əsas diqqət idman məktəblərinə yönələcək”.

O, idmançı olduğu dövrlə vəzifədə olduğu dövrü də müqayisə edib: “İdmançı olduğum vaxtlarda yalnız özüm üçün çalışırdım. Amma indi idman ictimaiyyəti üçün çalışıram. Məsuliyyətim daha böyükdü. Nəzarətimdə olan 6 sektordan ikisinin rəhbəri öz istəyi ilə ərizələrini yazıb, vəzifəsindən kənarlaşıb”.

Mansurovun sözlərinə görə, ölkədəki maddi böhran idman sahəsində hiss olunmur: “Hansısa problemimiz yoxdu. İdmançılarımızı yarışlara ezam edirik”.

Olimpiya çempionu məktəblərdə idmançı-məşqçi problemi ilə bağlı məsələlərə də aydınlıq gətirib. O vurğulayıb ki, hansısa məşqçinin adı var, özü yoxdusa, qrup dərhal bağlanacaq: “Bu, idmanımızı şikəst edən bir şey sayılır. Əgər şəxs uşağını voleybol qrupuna aparır və orda müəllim olmursa, bunun qarşısını alacağıq”.

Həndbol, qılıncoynatma və bu kimi federasiyalarda rəhbər dəyişikliyi ilə bağlı dəqiq söz deməyən Mansurov bildirib ki, lazım olan dəyişikliklər ediləcək: “1,5 ildi fəaliyyətini dayandıran otüstü hokkey federasiyası işini bərpa edib. Həmçinin bu günlərdə voleybol federasiyasında da dəyişikliyin şahidi oldunuz”.

O, komanda idman növlərinin inkişafının federasiyalardan da asılı olduğunu açıqlayıb, həmçinin klublarımızın ad dəyişikliyinə də münasibət bildirib: “Hər şey mərhələ-mərhələ həll olunacaq. Bu vəzifədə ilk görüşüm uşaq gənclər idman məktəbi ilə oldu. Bizim ən yaralı yerimiz bu ocaqlardı. Bunu həll etsək, çox şey düzələcək”.

Fərid Mansurov güləş yığmalarında məşqçi dəyişikliyinə də münasibət bildirib: “Komandalarımız yerli mütəxəssislərə tapşırılmaqla düzgün addım atılıb. Onların fəaliyyət dövründə öz uğurları var”.

Şöbə müdiri güləş üzrə Azərbaycan yığmasının sabiq üzvü Xetaq Qazyumovun karyerasını bitirdiyini açıqlayıb: “Bu yaxınlarda Rövşən haqda da bunu oxudum. Amma mən hələ bu barədə dəqiq nəsə bilmirəm. Onunla bağlı hər şeyə federasiya cavab verə bilər”.

Mansurov yığmamızdakı legionerlərdən razı qaldığını deyib. Onun sözlərinə görə həmin əcnəbilər bayrağımızı qaldırır və bizə uğur qazandırır: “Əsas məqsəd onların yerli gənclərlə əvəz olunmasıdı. Buna elə də çox qalmayıb. Lakin bəzi növlərdə, həqiqətən də, legionerə ehtiyac var. İdmanda isə rəqabət lazımdı. Əcnəbi məşqçiyə lazım deyil ki, həmin idmançının adı Əlidi, ya İvan”.

O, sonda su idman növlərinin inkişafı ilə bağlı da danışıb. Olimpiya çempionu bildirib ki, hazırda gənclər hovuza peşəkar kimi deyil, həvəskar kimi gedirlər.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir