Şənbə , 1 Aprel 2023

“Facebook” Londondakı ofislərini bağladı

“Facebook” şirkəti London şəhərində yerləşən ofislərini koronavirus təhlükəsinə görə müvəqqəti bağlayıb.

Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, 24-26 fevralda Sinqapurda səfərdə olan işçilərdən biri Londonda yerləşən ofisə gəlib. Lakin, sonradan onda virus aşkarlanıb.

Nəticədə 3 min işçi evə buraxılıb. Ofislərdə isə gələn həftənin birinci gününə kimi dezinfeksiya tədbirləri həyata keçiriləcək.

Check Also

FHN matros-xilasedici vəzifəsinə müsabiqə elan edib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə …