Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Fakta əsaslanmamış çirkin iftiralarla adamı vurmaq yaxşı iş deyil

Boyukmillet.com-un redaktoru Sima Babayeva son günlərdə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Ənvər Limanovun əleyhinə hazırlanmış qara piyar haqda araşdırma aparıb.

Həmən araşdırmanı sizlərə təqdim edirik:

ƏNVƏR LİMANOV KİMDİR?

Ənvər Lümanov 1997-ci ildə Azərbaycan Tibb Universitetini bitirib.Hazırda Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktorudur.


Ondan əvvəl üç il burada baş həkim işləyib.
1997-2001-ci illərdə Sabirabad rayon Qaratəpə kənd xəstəxanasında pediatr, 2002- 2005-ci illər arasında hərbidə tibb xidməti rəisi, 2008-ci ildən 2013-cü ilə qədər Qaratəpədə pediatr, 2013-2017-ci illərdə Qaratəpədə xəstəxananın baş həkimi, 2017-dən 2019-a kimi Sabirabad RMX-nin baş həkim köməkçisi, 2019-cu ildən baş həkim və direktor müavini olaraq çalışıb.

Ənvər həkim az danışıb çox iş görən adamlardandır. Kollektiv, pasiyentlər tərifləyir. Sabirabad və ətraf rayonların sakinlərinə layiqincə xidmət edirlər. Qazilərə, yaralılara xüsusi qayğı və diqqət də var. Pandemiya və İkinci Vətən Müharibəsi vaxtı çox gərgin günlər keçirtdilər.


Ənvər Lümanov kimi təvazökar,savadlı tibb işçisinə qarşı son günlər baş qaldırmış qarayaxma kampaniyası çox təəssüf doğurur. Fakta əsaslanmayan,çirkin iftiralarla adamı “vurmaq” yaxşı iş deyil. Onun haqqında bəzi cızma-qaranı oxuyub yazılanların gerçək vəziyyətə uyğun olmadığının şahidi olduq.

Ənvər limanov nümunəvi rəhbərdir. Calişdigi müddətdə təşkilatciligi ilə, əxlaqi ilə secilibdir.

“Yalan ayaq tutar, yeriməz” deyiblər. Həqiqətən də elədir.İnanırıq ki,Ənvər Lümanova həm Səhiyyə Nazirliyi,həm dövlət, həm də ictimaiyyət dəstək olaraq bədxahlarının qarşısını alacaq.

Sima Babayeva

Check Also

Ağaevli Əli Hacıdan TƏZƏ ŞEİRLƏR 

O,dünyanın daş qapısı- bu dünyanın əl işidi ! Gələnlərin ağ donunu gedənlər kəfən daşıdı ! …