Cümə axşamı , 20 İyun 2024
Drone Cameras

Fazil Mustafa işi: Dizimi yerə qoymadığıma görə polislər yarım saat döydülər

Deputat Fazil Mustafanın güllələnməsindən sonra həbs olunan millət vəkilinin qonşusu, Zabrat sakini Yunis Quliyev məhkəmədən bəraət alıb. Bir il həbsdə qaldıqdan sonra məhkəmə onun günahsız olduğu qərarına gəlib.

Yunis Quliyev deputatın güllələməsiylə bağlı tutulsa da, o rəsmi olaraq satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama maddəsiylə ittiham olunurdu. Fazil Mustafanın silahlı hücumundan bir gün sonra martın 29-da onu həyat yoldaşı ilə birgə Sabunçu rayon 15-ci Polis Bölməsinə aparıblar.

Yunis Quliyev səhərə kimi bölmədə zorakılığa məruz qaldığını deyir. Polislərin qarşısında hər dik dayandıqca bədəninə tuşlanan zərbələrin sayı daha da artıb.

Yunis Quliyev həbsinə etiraz olaraq ağzını tikərək 27 gün aclıq edib.

Həbsdə verdiyi mübarizənin sonunda, bir il sonra Yunis Quliyev üçün ədalət təmin olunub.

Həbs olunduğu üçün işini itirib, ancaq ailəsinin yanına geri dönə bildiyi üçün xoşbəxtdir.

Fazil Mustafaya qarşı silahlı hücum ötən il martın 28-də onun yaşadığı evin qarşısında baş verib. Deputat bud və çiyin nahiyəsindən xəsarət alıb. Hazırda proses Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.

Check Also

Türkdilli dövlətlərin nazirlərinin elm və təhsil sahəsində növbəti iclasları Şuşada keçiriləcək

İyunun 1-də Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası və Türk Akademiyasının Elmi …