Cümə , 29 Mart 2024
Drone Cameras

Federasiya Şurası 4 bölgənin Rusiyaya birləşdirilməsini ratifikasiya edib

Rusiya Federasiya Şurasında Ukraynanın dörd regionunun Rusiya Federasiyasına birləşdirilməsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinin təqdim etdiyi qanun layihəsinə baxılıb.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, Federasiya Şurasının bu gün keçirilən iclasında Rusiya xarici işlər naziri, Rusiya Prezidentinin həmin qanun layihəsi ilə bağlı parlamentə təyin etdiyi səlahiyyətli nümayəndəsi Sergey Lavrov çıxış edib.

Qanun layihəsi səsə qoyulub. İclasda iştirak edənlər yekdilliklə Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsini nəzərdə tutan federal qanun layihəsinin lehinə səs verərək müqavilələri ratifikasiya edib.

Qeyd edək ki, sentyabrın 30-da Ukraynanın dörd separatçı regionu Kremldə Rusiya Federasiyasının tərkibinə daxil olmaq barədə müqavilə imzalayıb.

(Report.az)

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …