Çərşənbə , 8 May 2024
Drone Cameras

Fevralın 15-də pensiyalar tam ödəniləcək

Azərbaycan üzrə pensiyaların fevralın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. Pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə veriləcək.

Artım bu ilin əvvəlindən tətbiq olunur və yanvar ayının artımı da həmin məbləğin üzərinə əlavə edilərək pensiyaçılara ödəniləcək.

Check Also

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günü keçirilir

Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günü keçirilir. Boyukmillet.com …