Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

FHN və idarələrindəki yeməkxanaları niyə bağlayıblar? – Kəmaləddin Heydərovla bağlı daha bir müəmmalı xəbər

Fövqaladə Hallar Nazirliyində və baş idarələrində fəaliyyət göstərən yeməkxanalar fəaliyyətini dayandırıb.

Boyukmillet.com xəbər verir ki, bu sözləri İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli deyib

O bildirib ki, artıq bir neçə gündür işləməyən yeməkxanaları Qida Təhlükəsizliyi Agentliyi baglayıb:

“Lakin nazirlikdən olan başqa etibarlı mənbə bildirir ki, yeməkxanalar şəxsən nazir Kəmaləddin Heydərovun göstərişi ilə fəaliyyəti dayandırılıb. Görünür, nazirə görə çox yemək zərərlidir…”.

Xatırladaq ki, həmin yeməkxanalarda qiymətlər kifayət qədər ucuz olduğundan bağlanma qərarı qəzəb doğurub

Check Also

“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq

“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. O, tanışı …