Bir müddət əvvəl gözündən əməliyyat olunan Azərbaycanın məşhur estrada müğənnisi, xalq artisti Flora Kərimovanın səhhətində irəliləyiş var.
Bu barədə “Report”a sənətçi özü məlumat verib.
“Hər şey qaydasındadır. Gün keçdikcə özümü daha da yaxşı hiss edirəm. Yenidən səhnəyə çıxmaq istəyirəm. Ancaq təəssüf ki, televiziyalar məni efirlərə dəvət etmirlər”, – deyə, o, əlavə edib.
Qeyd edək ki, xalq artistinin əməliyyat olunmasına səbəb insultdan sonra yaranan görmə zəifliyi olub.
Check Also
ABŞ və İsrail İranın Natanzdakı atom obyektinə zərbə endirib
ABŞ və İsrail İranın Natanz şəhərindəki atom obyektinə zərbə endirib. Boyukmillet.com “Al-Jazeera”ya istinadən xəbər verir …
Boyukmillet.com Biz yanmasaq vətən yanar