Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib – Sərəncam

Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılıb. Nazirlər Kabineti Gəncə Memorial Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsinin dövlət büdcəsində Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini təmin etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Check Also

Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq – VİDEO

Pirşağı-Novxanı-Xırdalan avtomobil yolu Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən yaşayış məntəqələrinin paytaxta daxil olmadan Bakı-Quba və …