Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Beynəlxalq Diaspor Mərkəzinin bir qrup fəal gənc üzvləri Türkiyənin Antalya şəhərində səfərdədir. Gənclər Həmrəylik günü münasibətilə Antalyada Azərbaycan dərnəyinin təşkil etdiyi tədbirdə iştirak etmiş və Antalyada fəaliyyət göstərən nüfuzlu təşkilatlarla görüşlər keçirmişlər. Bu haqda böyükmillət.com- a BDM- nin Türkiyə üzrə gənclər koordinatoru Elman Əzizov məlumat verib. Onun bildirdiyinə görə görüşlərdə gənclərdən Aida Ramiz, Mikayıllı Gülər, Nicat Adıgözəlli və Nurlan Həmzəyev iştirak etmişlər. Gənclərin Türkiyə səfəri davam edir.