Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

Generallar Müharibə, Əmək və Silahlı qüvvələr veteranları təşkilatı uğrunda savaşa çıxıblar…

2 gün öncə Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nı təsdiq etdi. Qaydalara əsasən, təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsilverənlər cəlb olunacaqlar.
Ümumiyyətlə son illər dövlət müəssisələrində çalışanlar üçün “65 yaş” Domokl qılıncına çevrilib və müəllimlər, həkimlər, digər peşə sahibləri bu yaş həddinə çatdıqları gün onlara mədəni şəkildə qapını göstərirlər. Hökumətdə bunu belə izah edirlər ki, insan oğlu bu yaş həddindən sonra daha səmərəli işləyə bilmir, eyni zamanda gənclərin karyera quruculuğuna mane olmamaları üçün onların 65 yaşdan sonra təqaüdə göndərilməsi zəruridir. Əlbəttə, qanunvericilikdə bir “nəfəslik” də qoylub ki, insan 65 yaşa çatdıqdan sonra hər il rəhbərliyin bığının altından keçərək müqavilə bağlamaqla daha 5 il işləyə bilər. Bu da bəllidir ki, xeyli minnət tələb etdiyindən ancaq çox az adam bu “xoşbəxtliy”ə nail ola bilir. Bu müqavilələrin imzalanmasında subyektiv amillərin hökmranlıq etməsi də cəmiyyətdə kimsəyə sirr deyil.
Amma indi oxucularımıza bunun tamamilə əksini təqdim edəcəyimiz bir fakt var. Azərbaycan Müharibə, Əmək və Silahlı qüvvələr veteranları təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynovun nə az, nə çox, düz 98 yaşı var. Amma o hələ də həmin təşkilatın rəhbərliyindən imtina etmək fikrində deyil. Əlbəttə, bəri başdan ona can sağlığı və yüz yaşını qeyd etməsini arzu edirik. Amma yəqin kimsə mübahisə etməz ki, bu yaşda olan adamın belə deyək ki, faydalı iş əmsalı sıfırın ətrafında cərəyan edir. Əlbəttə, onun rəhbərlik etdiyi qurum ictimai təşkilatdır və ondan yuxarı hər hansı bir instansiya mövcud deyil ki, hörmətli general-polkovniki təmtəraqla fəxri təqaüdə yola salsın.
Son vaxtlar bizə çatan məlumatlar sırasında təşkilat sədrinin yaşının çox olması və idarəetmədə yaranan boşluqlar səbəbindən bəzi bəlli qüvvələr özünəməxsus şəkildə intriqalar yaradaraq təşkilatın işgüzar nufuzuna zərbə vurmağa çalışırlar. Artıq iş o həddə çatıb ki, bir vaxtlar Müdafiə Nazirliyinin kadr siyasətini bərbad günə qoyan, sonradan ölkə rəhbərliyi tərəfindən ordudan uzaqlaşdırılan bir neçə şəxs müxtəlif yollarla bu təşkilatda özlərini yenidən “sınamaq” üçün aktiv hərəkətə keçiblər. Bu azmış kimi, bəzi güc strukturlarındakı “pensioner general”ların da yenidən kreslo ehtirasları baş qaldırıb. İddiaçıların kimliyi və hansı yollarla təşkilatı ələ keçirməyə cəhd etmələri barədə məlumatlıq olsaq da hələlik bu təşəbbüslər saman altdan yeridildiyindən susmağa üstünlük vermişik. Eyni zamanda müvafiq strukturlar tərəfindən ən yüksək səviyyədə bu məsələdə prinsipiallıq gostərildiyinə görə, bir az gərginlik səngiyib. Amma, bu “atəşkəs” çoxmu çəkəcək? Bu sual təşkilatda çoxlarını həm düşündürür və ciddi narahat edir.

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …