Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Gürcüstanın müdafiə naziri: “Hərbi təlimlər keçirmək Azərbaycanın daxili işidir”

“Gürcüstan tərəfi Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir. Bu, bizim üçün çox vacibdir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Gürcüstanın müdafiə naziri Levan İzoria deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə ilə əlaqələrin inkişaf vektorları da müəyyən olunub: “Biz bu istiqamətdə də fəaliyyətimizi davam etdiririk. Hazırda üçtərəfli əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması istiqamətində işlər davam edir”. 

Nazir Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlərə hazırlaşmasının bəzi dairələrdə geniş müzakirələrə səbəb olmasına da münasibət bildirib: “Azərbaycan suveren dövlətdir və bu cür təlimlər keçirmək də onun daxili işidir. Biz bu təlimlərdə heç bir təhlükə görmürük və narahat deyilik”. 

L.İzoria, həmçinin ölkəsi ilə NATO arasında əməkdaşlığın da region üçün əhəmiyyət daşıdığını vurğulayıb: “Türkiyə NATO-nun üzvüdür. Biz həm Türkiyə, həm də NATO ilə sıx əməkdaşlıq edirik. Noyabrın 10-da NATO öz tarixində ilk dəfə alyansa üzv olmayan ölkənin ərazisində – Gürcüstanda yerüstü hərbi təlimlər keçirəcək. Fikrimcə, bu, münasibətlərimizin yüksək səviyyədə olmasının göstəricisidir. Düşünürəm ki, bizim əməkdaşlığımız region üçün də mühüm əhəmiyyət kəsb edəcək”. 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir