Cümə , 20 Mart 2026
Drone Cameras

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Bu gün Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən müəllimin kimliyi məlum olub.

Odlu silahdan açılan atəş nəticəsində yaralanan 1997-ci il təvəllüdlü Şəhla Fəqani qızı Kamilova Bakı Dövlət Universitetinin məzunudur.

O, 2014-cü ildə Xətai rayonunda yerləşən 260 saylı məktəbi yüksək nəticələrlə bitirib. Ş.Kamilova həmin il universitetə daxil olub və kompyüter elmləri ixtisası üzrə ali təhsil alıb.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır./Qafqazinfo.az/

Check Also

Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramı ilə bağlı fətva verib

Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramı ilə bağlı fətva verib. Boyukmillet.com-un xəbərinə görə, fətvada qeyd olunub …