Cümə , 19 Aprel 2024
Drone Cameras

Güloğlan Cabbarovdan daha bir möhtəşəm görüş-FOTOLAR

Boyukmillet.com xəbər verir ki,9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərinin keçirilməsinə günlər qala namizədlərin görüşləri daha da geniş vüsət alıb.

19 saylı Nərimanov Birinci  Seçki Dairəsindən deputatlığa müsətqil namizəd Güloğlan Cabbarov bu gün seçki dairəsi ərazisində üç geniş tərkibli görüş keçirib.

Keçirlən görüşlərdə seçicilər qarşısında çıxış edən Güloğlan Cabbarov bildirib ki, ilk öncə əsas qayəsi,amalı insanların seçkilərdə fəal iştirakına nail olmaqdı.Güloğlan Cabbarov qeyd edib ki,seçkilərdə bir gənc kimi iştirakı ölkə prezidenti Cənab İlham Əliyevin gənclərə olan inamından irəli gəlir: “Cənab prezidentin gənclərə çağrışı yaşadığım ərazidən öz namizədliyimi irəli sürməyimə böyük inam yaratdı.Bu gün sizlərin qarşısında çıxış edərək hər birinizi seçkilərədə iştirak etməyə çağırıram.Sizi əmin edirəm ki,əgər Allahın  köməkliyi,sizlərin səsi ilə seçilərəmsə,5 il müddətində sizləri ləyaqətli şəkildə təmsil edəcəm.Beş il müddətində gördüyüm işlər haqqında mütəmadi olaraq məlumatlı olacaqsınız”.

(Vətəninfo.az)

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …