Bazar , 8 Sentyabr 2024
Drone Cameras

Gürcüstanın əslən azərbaycanlı qadın boksçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

Gürcüstanın əslən azərbaycanlı olan qadın boksçusu Rahibə İsmayılova Yunanıstanda boks üzrə keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb.

“Report”un yerli bürosu xəbər verir ki, 48 kq çəki dərəcəsində R.İsmayılova finalda yunan rəqibi Atina Avramidaya qalib gələrək çempion olub.

Ümumilikdə isə Gürcüstanın qadınlardan ibarət komandası beynəlxalq turnirdə 3 medala sahib olub (75 kq çəki dərəcəsində Tatia Bukia gümüş, 60 kq çəkidə Lana Bolkvadze isə bürünc medal əldə edib).

Check Also

Azərbaycanın basketbol məşqçiləri üçün seminar təşkil olunub

Azərbaycan Basketbol Federasiyası (ABF) gənc məşqçilər üçün seminarlar və praktiki məşğələlər təşkil edib. ABF-nin mətbuat …