Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Gürcüstanın vitse-spikeri: “Azərbaycanla münasibətlər daha yüksək səviyyəyə çatdırılmalıdır”

“Gürcüstan-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi və hər iki tərəfdən daha yüksək səviyyəyə çatdırılması çox vacibdir”.

Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini Levan İoseliani Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüşdən sonra deyib.

Onun sözlərinə görə, görüşün əsas mövzusu iki ölkə arasında strateji tərəfdaşlıq məsələləri olub: “Biz strateji münasibətlərimizin əsasına çevrilən və hələ Eduard Şevardnadzenin prezidentliyi dövründə reallaşdırılmasına başlanılan layihələri xatırladıq. Gürcüstandakı azərbaycanlı qardaşlarımızla və təbii ki, Azərbaycan xalqı ilə münasibətlərimizin ölkələrimizin layiq olduğu səviyyəyə yüksəldilməsi üçün əlimdən gələni edəcəyəm”.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …