Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Həmədanın mərkəzi hissəsi UNESCO-nun mədəni irs siyahısına daxil edilib

Güney Azərbaycanın Həmədan şəhərinin mərkəzində yerləşən qədim Ekbatan (Hekmatan)şəhəri UNESCO-nun Ümumdünya Mədəni irs siyahısına daxil edilib.

Boyukmillet.com xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, bu barədə qərar UNESCO-nun Hindistanın Nyu-Delhi şəhərində davam edən 46-cı sessiyasında qəbul olunub.

Ekbatan şəhəri İranın mədəni irsinin simvolu sayılır. Bu şəhər vaxtı ilə Midiya dövlətinin paytaxtı olub. Bir müddət sonra Əhəmənilər və parfiyalıların yay paytaxtı elan edilib.

Ərazidə əhəmiyyətli tapıntılara çiy kərpicdən tikilmiş nəhəng müdafiə divarı və şəbəkəyə bənzər şəhər planı daxildir. Zaqros dağlarının Əlvənd qolunun altında yerləşən Ekbatan 3000 illik fasiləsiz tarixə malikdir. Ora eramızdan əvvəl 6-7-ci əsrlərə aid Midiya mədəniyyətinin nadir qalıqlarını ehtiva edir.

Check Also

Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib

Macarıstan, Rusiya və Belarusun məşhur sirklərinin rəhbərləri və mütəxəssisləri Azərbaycan tərəfinin dəvəti ilə ölkəmizdə səfərdədir. …