Cümə , 5 Dekabr 2025
Drone Cameras

Hər gün yazılan tarix

Naxçıvan – Nuhçıxandır,
Qədimdir, uludur!
Naxçıvan – Günəşin doğduğu danıdır,
Atabəylərin yoludur.
Naxçıvan – Tarixdə neçə min addır-sandır,

Böyük insanlarla doludur.
Naxçıvan – Azərbaycanın Çənlibelidir,
Dədə Qorqudun elidir.
Müstəqil dövlətçiliyin
Əbədiyyət heykəlidir.
Naxçıvan – “Dağlarını bulud qucan,
Tarlaları ətir saçan,
Sinəsindən Arpa çayı,
Ətəyindən Araz keçən” – ecazkar bir məkandı.

Naxçıvan – Nəqşi-cahandır,
Hər gün yazılır.
Yazılan əbədi qalır.
Naxçıvan – Azərbaycandır,
Torpaqdan od alır.
Qurulur, tikilir, ucalır.
Ucalan ad alır.
Zamanı Zamana daşıyır,
Adlar yaşayır.
Ucala-ucala gedir Naxçıvan,
Yüksəlməkdə davam edir Naxçıvan.

İsa Həbibbəyli

akademik

Check Also

Əminə Yusifqızı ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək

Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi bu gün keçiriləcək. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat …