Bu yaxınlarda Ukrayanada baş verən bir hadisə bütün dünyanın diqqətini özünə çəkdi. Əslən azərbaycanlı olan, lakin 15 ilə yaxın müddətdir ki, Ukraynada yaşayan və orada biznes fəaliyyəti ilə məşğul olan Ümid və Sabir Şirinov qardaşları yanan avtomobildən bir ailəni xilas ediblər. 3 yaşlı Maksimi və onun valideynlərini xilas edən Şirinovlar sonra həmin ailənin bütün xəstəxana xərclərini də özləri qarşılayıblar. Qardaşların nümayiş etdirdiyi bu əxlaq və şücaət nümunəsi Ukraynanın hakim dairələri tərəfindən də təqdirlə qarşılanıb.
Ukrayna Azərbaycanlıları Konqresinin üzvləri olan qardaşların mükafatlandırma mərasimi zamanı Nikolayev vilayət şurasının başçısı N. Moskalenko onlara minnətdarlığını bildirib: “Hörmətli Ümid və Sabir! Mən sizə ürəkdən təşəkkürümü bildirmək istəyirəm. Bütün Nikolayev sizin necə qəhrəmanlıq göstərdiyinizdən danışır. Mən fəxr edirəm ki, siz Nikolayevdə yaşayırsınız və bizim həmyerlimiz, cəmiyyətimizin bir üzvüsünüz. Regionumuzda yaşayan bütün milli azlıqların dostluğunu dəstəkləyirəm”. Ümid və Sabir isə özlərini qəhrəman hesab etmədiklərini, sadəcə həmin anda atılmalı olan addımı atdıqlarını deyiblər: “Yanan maşından çıxardığımız qadın ərini xilas etməyimizi istədi. O, avtomobildə sıxılıb qalmışdı. Alov isə qaz balonuna doğru gəlirdi. Biz onun ərini qaldırıb avtomobildən çıxaran kimi partlayış oldu”. Qardaşları nümayiş etdirdiyi qəhrəmanlıq Azərbaycan Prezidentinin də diqqətini cəlb edib. Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ukraynada yaşayan soydaşlarımız Umud və Sabir Şirinov qardaşları ilə görüşüblər. Dövlət başçısı həyatı təhlükəyə məruz qalan insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə onları “İgidliyə görə” medalı ilə təltif edib. Şirinov qardaşlarını salamlayan Prezident İlham Əliyev deyib: “Vətənə xoş gəlmisiniz. Sizi təbrik edirəm. Çox böyük şücaət göstərmisiniz. Köməksiz vəziyyətdə olan insanları xilas etmisiniz. Öz həyatınızı risk altına salmısınız. Bu, doğrudan da çox böyük əks-səda doğurub. Əlbəttə ki, sizin bu qəhrəmanlığınız Azərbaycan xalqı haqqında daha da dolğun təsəvvür yaradılmasına xidmət göstərir. Doğrudan da xalqımızı ləyaqətlə təmsil etmisiniz. Mən sizi dəvət etdim və sizi dövlət mükafatı ilə – “İgidliyə görə” medalı ilə təltif edirəm”.
Baş verən bu hadisə ortaya başqa bir reallıqları da çıxarmış olur. Bizimlə bütün sahələrdə müharibə aparan ermənilərə sübut olundu ki, onlar xaricdə yaşayan diaspor nümayəndələrinin davarnışları baxımından da Azərbaycana uduzurlar. Bəllidir ki, son vaxtlar xaricdəki erməni diaspor nümayəndələrinin adları bir sıra kriminal hadisələrdə, dünya mafiyası ilə işbirliyində hallanıb. Almaniya, İspaniya kimi ölkələrdə erməni diaspor nümayəndələrinin etdiyi kriminal əməllərin həcmi və əhatə dairəsi elə geniş oldu ki, hətta həmin ölkələrin dövlət televiziya kanalları onlar barəsində sənədli film çəkdilər. Erməni diaspor nümayəndələrinin adı Avropadakı sərgüzəştlərdə – idman oyunlarının əvvəlcədən danışılması və bu istiqamətdə “qara sövdələşmələr” aparmaqda da hallanıb. Onların utancverici hərəkətləri sırasına bu yaxınlarda Qazaxıstanda baş verən hadisəni də aid edə bilərik. Yeni İl şənliklərinin təşkili zamanı erməni diasporunun nümayəndələri məhz milli münaqişə zəminində yerli vətəndaşları qətlə yetirmişdilər. Bu hadisədən doğan etirazlar bütün Qazaxıstanı əhatə etdi. Vəziyyət hətta o yerə çatdı ki, bütün ermənilərin həmin ölkədən qovulması tələbləri aktuallaşdı. Baş verən hadisələrlə bağlı aparılan müqayisələrdən belə nəticəyə gəlirik ki, ermənilər bu sahədə də bütün dünyaya zərərli nümunə göstərmiş olurlar.
Beynəlxalq Diaspor Mərkəzi icra aparatının rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Şirinov qardaşlarının göstərdiyi şücaət onları doğrudan da qürurlandırıb: “Onlar bu cür əməlləri ilə bütün Azərbaycanın başını uca etdillər. Bir daha sübut olundu ki, xaricdəki soydaşlarımızın yaxşı və pis əməllərinə həm də milli mənsubiyyət, əslən hansı dövlətin təmsilçisi olduqları baxımından qiymət verilir. Ona görə də, hər bir soydaşımız bilməlidir ki, onların etdiyi bütün əməllərə həm də ermənilərlə müqayisəli kontekstdən qiymət verirlər. Son illər ermənilərin xaricdəki davranışlarından bütün dünya lərzəyə gəlib. Əslində, onlar öz əcdadlarının yolunu davam etdirirlər. Çünki tarix boyu erməni diasporunun nümayəndələri terror və digər qanunsuz işlərlə məşğul olublar. Araşdırın görün onların əli nə qədər diplomatların qanına batıb. Belə millətin nümayəndələrindən xaricdə hansısa xeyrxah əməlləri gözləmək yersizdir. Hesab edirəm ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Ukraynadakı Şirinov qardaşlarının hərəkətlərindən nümunə götürməlidir. Mən, xüsusilə cənab Prezidentin həmin qardaşların əməlinə verdiyi yüksək qiyməti təqdir edirəm. Bununla İlham Əliyev sübut etdi ki, bütün dünyada olan azərbaycanlıların Prezidentidir. Onların bütün problemləri, nailiyyətləri ölkə başçısını bilavasitə diqqətindədir”.
Məhəmmədəli QƏRİBLİ