Bazar ertəsi , 30 Dekabr 2024
Drone Cameras

Hərbiyönümlü QHT rəhbərləri rektorla görüşdülər

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin təşəbbüsü ilə hərbiyönümlü QHT-lər – Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri, ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev, sədr müavini Həsən Əmirov, İdarə Heyətinin üzvləri – polkovnik, “Azərbaycan Bayrağı” ordenli Xətai Baxışov, polkovnik, “Azərbaycan Bayrağı” ordenli Hikmət Ağayev, “20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə, Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev Azərbaycan Dövlət Pedaqoji Universitetində rektor Cəfər Cəfərovla görüş keçiriblər.

Lent.az xəbər verir ki, görüşdə QHT rəhbərləri universitetdə aparılan geniş miqyaslı islahatları dəstəklədiklərini, bu işlərin bütün ali təhsil ocaqlarında davam etdirilməsini arzuladıqlarılnı bildiriblər. 

Görüşdə mütəmadi birgə tədbirlərin keçirilməsi ilə bağlı iş planı hazırlanıb. Pedaqoji Universitetin Azərbaycan üçün çox əhəmiyyətli olduğu vurğulanıb.

Tədbirdə müəllimlərimizin yetişdiyi Azərbaycanda ilk universitetlərdən olan Pedaqoji Universitetin böyük kollektivinin olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, 17 mindən artıq tələbənin təhsil aldığı ali məktəbdə 2500-ə müəllim və texniki kadr heyəti çalışır.

Görüşün müzakirə mövzusunun əsasını universitetin məzunu olan şəhidlərin, milli qəhrəmanların anım tədbirlərinin keçirilməsi, Qarabağ müharibəsi qaziləri ilə  görüşlərin təşkili, gənclərə onların həyat yolu haqqında məlumat vermək təşkil edib.

Qeyd olunub ki, Pedaqoji Universitetdə 1981-ci ildə ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə hərbi kafedra yaradılıb. Həmin  kafedranın gələcəkdə birgə bərpası istiqamətində işlərin həyata keçirilməsi planlaşdırılıb.

Tələbələrin tez-tez hərbi hissələri ziyarət etməsi, əsgərlərin fəaliyyəti ilə tanış olması üçün görüşlərin təşkili nəzərdə tutulub.

Sonda rektor Cəfər Cəfərov Vətən Müharibəsi Veteranlar Birliyinin təsis etdiyi “Milli Ordunun 100 illik yubiley” medalı ilə təltif edilib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir