Cümə , 17 May 2024
Drone Cameras

Hacı Nuran: “Tural Zeynalov kimi iş adamlarını qorumalı,onların etdiyi bütün yaxşılıqları xalqa çatdırmalıyıq”

Hacı Nuran: “Tural Zeynalov kimi iş adamlarını qorumalı,onların etdiyi bütün yaxşılıqları xalqa çatdırmalıyıq”

Tanınmış ictimai xadim, xeyriyyəçi, tele aparıcı Hacı Nuran bir müddət əvvəl həbs edilən iş adamı Tural Zeynalov haqqında düşüncələrini paylaşıb.

Boyukmillet.com  Hacı Nuranın paylaşımlarını öz oxucularına təqdim edir .”….” 10.07.2021 … Şəmkirə nə vaxt yolum düşsə Tural Allahverdi oğlu Zeynalova Tural Zeynalov @zeynalov8470 mütləq baş çəkməliyəm … Tural mənim vəfalı dostlarımdandır … Etibarlıdı, əliaçıqdı, səxavətlidi … Şəmkir Xeyriyyəçilər Cəmiyyətinin yaradıcılarından olan Tural Zeynalovu bu tərəflərdə tanımayan yoxdur … Çünki hər bir imkansız ailədə Tural adına bir dua var … Hər kimsəsiz bir ananın oğludur Tural … Şəmkirin düz mərkəzində öz əlləri ilə tikdiyi Qala istirahət mərkəzində neçə-neçə kimsəsiz uşağa ad günü, sünnət toyu edib Tural … Məhz elə o məkanda şəhidlərimiz üçün ehsan süfrələri verib, dualar oxutdurub … Tural Zeynalov başqa oğuldur … Özü boyda ürəyi var onun … Tovuzda şəhid qızına ev, şəhid atasına yurd tikən adamdı Tural … Və bütün bunları kiminsə hesabına yox, öz alnının təri, zəhməti ilə qazandığı pulu hesabına inşa edib … Hərdən düşünürəm ki, biz Tural Zeynalov kimi iş adamlarını qorumalı, onların etdiyi bütün yaxşılıqları xalqa çatdırmalıyıq .. Çünki xalq onun yolunda canından keçənləri də tanımalıdı, malından keçənləri də …

… A L L A H  R Ə H M   E T S İ N …

image-fb_img_1625923354610
image-fb_img_1625923365185
image-fb_img_1625923367136
image-fb_img_1625923363244
image-fb_img_1625923361345
image-fb_img_1625923356616
image-fb_img_1625923352688

Check Also

ABŞ konqresmeninə rüşvət verməkdə ittiham olunan azərbaycanlının adı məlum olub

İradə Axundova 2021-ci ildə Azərbaycanda “Tərəqqi” medalı ilə təltif edilibmiş Azərbaycandan rüşvət almaqda ittiham olunan …