Çərşənbə , 10 Dekabr 2025
Drone Cameras

Hamlet Xanızadənin 75 illik yubileyi qeyd edilib

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət sarayında görkəmli sənətkar, teatr və kino aktyoru, əməkdar artist Hamlet Xanızadənin 75 illik yubileyi keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, tədbirdə xalq artistləri Fuad Poladov, Rafiq Əzimov, Rasim Balayev, Nurəddin Mehdixanlı, Flora Kərimova, tanınmış tele radio aparıcısı Rahib Azəri, Akademik Milli Dram teatrının digər aktyorları və Xəzər rayonunun elm və təhsil işçiləri iştirak ediblər.

Yubiley gecəsində görkəmli sənətkar Hamlet Xanızadənin çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub, Müslüm Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin “Fantaziya” skripkaçılar ansamblının, Mərdəkan Mədəniyyət Sarayının muğam üçlüyünün, “Lalələr” rəqs ansamblının ifaları səsləndirilib.

Teatr və Kino aktyorları sənətkarın həyat və yaradıçılığı ilə bağlı xatirələrini bölüşüblər.

Hamlet Xanızadənin qızı Xumar Xanızadə təşkilatçılara və bütün qonaqlara təşəkkürünü bildirib.

Check Also

Kiberpolisdən “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı əməliyyat – Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir