Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Hava şəraiti ilə əlaqədar Bakıdan Naxçıvana uçuşlar təxirə salınıb

Naxçıvan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin bu günə olan 2151/2152 və 257/258 nömrəli reyslərinin həyata keçirilməsi təxirə salınıb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

“Xatırladırıq ki, uçuşların təhlükəsizliyi məqsədilə uçuşlar yalnız əlverişli hava şəraitində həyata keçirilir.

AZAL təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.

Əlavə suallar yarandıqda, aviaşirkətin 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı və ya +994 55 204 65 54, +994 70 437 40 86 “WhatsApp” nömrələri vasitəsilə müraciət edə bilərsiniz”, – AZAL-dan bildirilib.

Check Also

Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutur. Boyukmillet.com xəbər verir ki, …