Cümə , 26 Aprel 2024
Drone Cameras

Heroini elə yerdə gizlətdi ki…- FOTO

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla gələn həmin ölkə vətəndaşları “Biləsuvar” gömrük postunda saxlanılıb və şifahi sorğu-sual olunublar.

Dövlət Gömrük Komitəsindən APA -ya verilən məlumata görə, sorğu-sual zamanı xanım vətəndaşlar üzərlərində qanunla qadağan olunan hər hansı predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildiriblər.

Lakin onların çamadanlarına rentgen qurğusu ilə baxış zamanı şübhəli predmetlərin təsviri görünüb.

Yoxlama zamanı çamadanların plastik tutacağı ilə diyircəklərini birləşdirən metal borularının içərisindəki boşluqlarda yerləşdirilən 9 ədəd bükümdə, ümumi çəkisi 369 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə – heroin, çəkisi 108 qram olan ağ rəngli pisixotrop maddə-metamfetamin aşkarlanıb.

Şəxsi yoxlama zamanı isə həkim müayinəsinə ehtiyac yaranıb. Bu zaman xanım vətəndaşların birinin daxili orqanı – düz bağırsağından, gömrük nəzarətindən gizlədilmiş sellofana bükülü 2 ədəd bükümdə, qablaşdırılması ilə birgə çəkisi 61 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə – heroin aşkarlanıb.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …