Cümə axşamı , 26 Dekabr 2024
Drone Cameras

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “IronWind” yarışının qalibləri bəlli olub

Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası, həmçinin “Triterra” klubunun təşkilatçılığı və “Baku City Circuit”in dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “IronWind” turniri keçirilib.

Boyukmillet.com-un məlumatına görə, Pirallahı rayonundakı Nərəkənd parkında baş tutan yarışda Azərbaycanla yanaşı Türkiyə, ABŞ, Böyük Britaniya, Xorvatiya, Rusiya və digər ölkə təmsilçiləri iştirak ediblər.

Turnirdə 83 idmançı qüvvəsini sınayıb. Atletlər 1,9 km məsafəyə üzüb, 90 km məsafəyə velosiped sürüb və 21,1 km məsafəyə qaçıblar. Mübarizəyə həm fərdi, həm də qrup şəklində qoşulan iştirakçılar olub.

Azərbaycan Triatlon Federasiyası uşaqlarda diqqəti artırmaq məqsədilə Nərəkənd parkında aşağı yaş qrupu idmançılarının da kiçik qaçış yarışını təşkil edib.

Mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Triatlon Federasiyasının (ATF) vitse-prezidenti, Triterra klubunun rəhbəri və yarışın direktoru Rüfət Həsənov, ATF-nin baş katibi Seymur Hüseynov və ATF-nin vitse-prezidenti Azər Əliyev iştirak ediblər.

Birinci yeri tutanlara 2000 AZN məbləğində pul mükafatı və sponsorlardan hədiyyələr təqdim olunub. İkinci və üçüncü yerlərin sahibləri isə, müvafiq olaraq, 1000 AZN və 500 AZN məbləğində pul mükafatı və sponsorlardan hədiyyələr qazanıblar.

“IronWind”in “Absolute” kateqoriyasında medalçıları:

Qadınlar
1. İnna Anisimova
2. Rabiyə Oruclu
3. Natalya Vallek

Kişilər
1. Oleksandr Mordasov
2. Teymur Fərəcov
3. Konstantin Vedmed

Check Also

Azərbaycan karateçiləri Türkiyədə beynəlxalq turnirdə 4 medal qazanıblar

Azərbaycan karateçiləri Türkiyənin İstanbul şəhərində keçirilən “Bosphorus Cup” beynəlxalq turnirində 4 medal qazanıblar. Boyukmillet.com xəbər …